Azərbaycanlı futbol hakimləri İsveçrənin Cenevrə şəhərində UEFA tərəfindən 2026/2027 mövsümü üçün təşkil olunan yay kursunu başa vurublar.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, avqustun 31-dən sentyabrın 2-dək təşkil olunan kursda UEFA-nın elit və I kateqoriyalı referiləri iştirak ediblər.
Təlimin əsas məqsədləri ötən mövsümün təcrübəsinin nəzərdən keçirilməsi, yeni mövsüm üçün əsas məqam və tələblərin diqqətə çatdırılması, eləcə də hakimlərin fiziki hazırlıq səviyyəsinin yoxlanılması olub.
