“Gəncəbasar” “Zirə”nin futbolçusunu heyətinə qatdı

3 Sentyabr 2026 23:28
127
“Gəncəbasar” “Zirə”nin futbolçusunu heyətinə qatdı

Azərbaycan Birinci Liqasında çıxış edən “Gəncəbasar” PFK heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi İslam Nəcəflini transfer edib.

Yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Nəcəflinin son klubu “Zirə” olub.

İdman.Biz