“Zirə” komandası daha bir futbolçuyla anlaşıb.
İdman.Biz kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın “Riyeka” klubundan Dimitri Leqbonu transfer edib.
25 yaşlı kot-d’İvuarlı vingerlə 2 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, "Zirə" bu yay Amin Seydiyev (son klubu "Sabah"), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (son klubu “Olimpiakos”, Kipr), Ayxan Hüseynov (son klubu "Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu, Dameyn Smit və Moreira Reisi ( son klubu “Şaveş”, Portuqaliya) də heyətinə qatıb.
