"Zirə" braziliyalı futbolçu transfer edib

3 Sentyabr 2026 20:49
107
"Zirə" braziliyalı futbolçu transfer edib

“Zirə” braziliyalı futbolçu Talisson Moreyra Reysi (Ktatau) transfer edib.

İdman.Biz kluba istinadən xəbər verir ki, Bakı təmsilçisinin Portuqaliyanın “Çaveş” klubundan transfer etdiyi 25 yaşlı braziliyalı yarımmüdafiəçiylə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, "Zirə" bu yay Amin Seydiyev (son klubu "Sabah"), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (son klubu “Olimpiakos”, Kipr), Ayxan Hüseynov (son klubu "Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu, Dameyn Smiti və Dimitri Leqbonu da heyətinə cəlb edib.

İdman.Biz