“Beşiktaş” derbi öncəsi “Çorum”a 6 qol vurdu, “Trabzonspor” səfərdə uduzdu - VİDEO

1 Sentyabr 2026 00:42
91
“Beşiktaş” derbi öncəsi “Çorum”a 6 qol vurdu, “Trabzonspor” səfərdə uduzdu

İstanbul təmsilçisi Türkiyə Super Liqasının üçüncü turunda böyük hesablı qələbə qazanıb.

İdman.Biz bildirir ki, Qarşılaşmada “Beşiktaş” “Çorum”u 6:2 hesabı ilə məğlub edib.

Meydan sahibləri 9-cu dəqiqədə Vatslav Çerninin qolu ilə hesabı açıblar. İlk hissənin sonunda VAR müdaxiləsindən sonra “Beşiktaş” penalti qazanıb. 43-cü dəqiqədə Duşan Vlahoviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək İstanbul klubunda ilk qolunu vurub.

İkinci hissədə Məhəmməd Diomande 52-ci dəqiqədə qonaqların fərqi azaltmasına imkan yaradıb. Lakin bundan sonra Vlahoviç 59 və 66-cı dəqiqələrdə daha iki dəfə fərqlənib. Beləliklə, serbiyalı hücumçu “Beşiktaş”ın start heyətində ilk ev oyununda het-trik edib.

74-cü dəqiqədə İlhan Fakılı meydan sahiblərinin beşinci qolunu vurub. Üç dəqiqə sonra Ermin Mamiç “Çorum”un ikinci qoluna imza atıb. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə Murilyo qoyub.

Bu qələbədən sonra Vinçentso İtalyanonun komandası 6 xal toplayıb. “Çorum”un isə 1 xalı var.

Növbəti turda “Beşiktaş” səfərdə “Fənərbağça” ilə İstanbul derbisində qarşılaşacaq. “Çorum” isə “Eyüpspor”u qəbul edəcək.

Digər oyunda “Amedspor” doğma meydanda “Trabzonspor”u qəbul edib. Qonaqlar 11-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə hesabı açıblar. İlk hissəyə əlavə olunmuş vaxtda Sor bərabərliyi təmin edib. 90-cı dəqiqədə isə Orban meydan sahiblərinə 2:1 hesablı qələbə qazandıran qolu vurub.

Bu nəticələrdən sonra “Beşiktaş” 6 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Eyni xala malik “Amedspor” beşinci, “Trabzonspor” 4 xalla 11-ci, “Çorum” isə 1 xalla 16-cı yerdədir.

İdman.Biz