“Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib

2 Sentyabr 2026 11:51
94
“Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib

Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bölgə klubu Antoni Hunpeni transfer edib.

19 yaşlı müdafiəçi mövsümün sonunadək komandada çıxış edəcək. Hunpe “Qəbələ”dən icarəyə götürülüb.

Qeyd edək ki, Birinci Liqada çıxış edən “Cəbrayıl” klubunun sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.

Xatırladaq ki, “Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçilər Samir Məhərrəmli və Nihat Fərəci, müdafiəçi Mahir Həsənovla anlaşıb.

İdman.Biz