Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” heyətinə futbolçu qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Komanda 24 yaşlı yarımmüdafiəçi Aqil Nəsibovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Aqil Nəsibov son olaraq “Şəfa”da çıxış edib.
