İkinci Liqada ilk turun son oyunları keçiriləcək

2 Sentyabr 2026 10:41
88
İkinci Liqada ilk turun son oyunları keçiriləcək

Azərbaycanın İkinci Liqasında ilk turun oyunları davam edir.

İdman.Biz xəbər verir ki, tura bu gün keçiriləcək üç oyunla yekun vurulacaq.

“Difai” Birinci Liqanı tərk etdikdən sonra İkinci Liqada ilk matçına çıxacaq. Komanda doğma meydan amilindən yararlanaraq “Dinamo” ilə qarşılaşacaq.

Region Liqasının qalibi kimi İkinci Liqaya yüksələn “Zəngəzur” isə debüt matçında “Ağstafa Gəncləri”ni sınağa çəkəcək. Digər görüşdə “Şəmkir” Şamaxı OİK stadionunda İkinci Liqanın daha bir debütantı “Marafon”la üz-üzə gələcək. Hər üç qarşılaşma saat 17:00-da başlayacaq.

İkinci Liqa
Birinci tur
2 sentyabr
17:00. “Difai” - “Dinamo”

Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Palms Sports Futbol Mərkəzi (Dördüncü meydança)

17:00. “Zəngəzur” - “Ağstafa Gəncləri”
Hakimlər:
Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu

17:00. “Şəmkir” - “Marafon”
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Qaradağ Lökbatan” “Hypers”i 2:1, “Şirvan” “Kür-Araz”ı 6:1, “Şəki” isə “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz