Araz Abdullayev “Karvan-Yevlax”dan ayrıldı

1 Sentyabr 2026 17:28
75
Araz Abdullayev “Karvan-Yevlax”dan ayrıldı

Millimizin sabiq futbolçusu Araz Abdullayev “Karvan-Yevlax”dan ayrılıb.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, tərəflər arasında əməkdaşlığa son qoyulub.

34 yaşlı futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, “Karvan-Yevlax” ötən mövsümü 15 xalla sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib. Bölgə təmsilçisi cari mövsümdə Birinci Liqada mübarizə aparacaq.

İdman.Biz