Kestutis Vaşkeleviçus “Qarabağ”a dəstək verdi - FOTO

28 Avqust 2026 10:59
93
Kestutis Vaşkeleviçus “Qarabağ”a dəstək verdi - FOTO

“Ötən gecə “Qarabağ” qələbə qazanmasa da, bir nəticə bu komandanın artıq nail olduqlarını heç cür kiçildə bilməz. Belə bir irs həmişəlik qalır”.

İdman.Biz xəbər verir ki, bu sözləri Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda qeyd edib.

Səfir UEFA Konfrans Liqasının pley-off mərhələsindəki məğlubiyyətdən sonra Ağdam təmsilçisinə və komandanın baş məşqçisinə dəstəyini ifadə edib:

“Qarabağ”a və uzun illər ərzində komandaya rəhbərlik edərək Avropa arenasında unudulmaz qələbələr qazandıran, Azərbaycanın futbol mədəniyyətinə böyük töhfə verən baş məşqçi Qurban Qurbanova böyük hörmətimi bildirirəm”.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna iki oyunun nəticəsinə görə (1:0, 1:4) uduzaraq mübarizəni dayandırıb. Bu nəticə ilə Ağdam təmsilçisinin ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində iştirak etmək kimi uğurlu seriyası başa çatıb.

İdman.Biz