Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirində finalçılar müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın yarımfinal oyunları Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.
“Ulduz” yarımfinalda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Digər görüşdə isə Polşanın “Drukarz” komandası Özbəkistanın “Paxtakor” kollektivini penaltilər seriyasında üstələyib.
Beləliklə, sabah turnirin finalında “Drukarz” və “Ulduz” üz-üzə gələcək. Üçüncü yer uğrunda qarşılaşmada isə “Qarabağ” və “Paxtakor” komandaları mübarizə aparacaqlar.
