“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl “Sabah” komandasını Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
İdman.Biz xəbər verir ki, o, bu barədə Ağdam təmsilçisinin rəsmi saytına açıqlama verib.
“Sabah”ı bu mühüm uğur münasibətilə ürəkdən təbrik edirəm. Belə bir qələbəyə stadiondan şahidlik etmək mənim üçün xüsusi qürur və sevinc idi. Azərbaycan bayrağının Çempionlar Liqasının liqa mərhələsində yenidən dalğalanacaq olması bu nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz ilə xalqımız adına böyük nailiyyətdir. “Sabah”a “Qarabağ” adından Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm”, - deyə T. Gözəl bildirib.
Qeyd edək ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini mübarizədən kənarlaşdırıb - 6:4 (ümumi hesab).
