İlham Yadullayev: “Şahdağ Qusar”la oyuna 3 xal üçün çıxacağıq”

25 Avqust 2026 18:28
92
İlham Yadullayev: “Şahdağ Qusar”la oyuna 3 xal üçün çıxacağıq”

Birinci Liqanın açılış turunda iddialı MOİK çempionluğa digər namizəd “Şahdağ Qusar”la üz-üzə gələcək.

Qusar təmsilçisini Binə qəsəbə stadionunda qəbul edəcək “Hərbçilər”in baş məşqçisi İlham Yadullayev qarşılaşma barədə fanat.az-a fikirlərini bildirib.

Yadullayev vurğulayıb ki, “Şahdağ Qusar” çempionluğu hədəfləyən kollektivdir:

“Baş məşqçiləri yenidir və iddialı komanda qurub. Biz də mövsümə yaxşı hazırlaşmışıq. Transferlər etmişik, iddialı komandamız var. Birinci oyun həmişə çətin keçir. Buna baxmayaraq, “Şahdağ Qusar”la görüşdə meydana 3 xal qazanmaq üçün çıxacağıq. Qələbə qazanmaq mümkün olmasa, minimal hədəf kimi heç-heçə də bizi qane edəcək”.

Qeyd edək ki, Birinci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. MOİK - “Şahdağ Qusar” qarşılaşması saat 17:00-da başlayacaq.

İdman.Biz