“Zirə”nin sabiq futbolçusu Yunanıstan klubuna keçdi

20 Avqust 2026 20:19
107
“Zirə”nin sabiq futbolçusu Yunanıstan klubuna keçdi

“Zirə”nin sabiq futbolçusu Salifu Suma “Panetolikos”a transfer olunub.

İdman.Biz xəbər verir ki, Qvineya millisinin üzvü İsveçin “Malmö” klubundan icarə əsasında Yunanıstan təmsilçisinə keçib. Müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

22 yaşlı vinger futbolçu karyerasına Qvineyanın “Kalum” klubunda başlayıb. Daha sonra Fransanın “Bastiya” və “Havr” komandalarında çıxış edib.

Suma 2023-cü ildə “Zirə”yə transfer olunub. O, ötən ilin yayında “Malmö”yə keçib, son altı ayı isə icarə əsasında Polşanın “Radomyak” klubunda keçirib. Futbolçu Qvineya millisində də çıxış edir.

Qeyd edək ki, Suma 2023-2025-ci illərdə “Zirə”nin formasını geyinib. Qvineyalı futbolçu Bakı klubunun heyətində bütün turnirlərdə 81 oyuna çıxaraq 18 qol vurub.

İdman.Biz