“Qarabağ”ın Niderlandın “Tvente” futbol klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN təşkil edir. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN-dir.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, “Park Bulvar”dakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Klub azarkeşlərə saxta biletlərlə bağlı da xəbərdarlıq edib. Stadiona giriş yalnız etibarlı QR kodlu biletlərlə mümkün olacaq.
