Qubada Üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək

19 Avqust 2026 21:36
103
Qubada Üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək

Qubada avqustun 24-dən 27-dək Üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.

Turnirdə Azərbaycanı “Ulduz” FA, “Zirə”, “Sabah”, “Neftçi” və “Qarabağ”, Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Gürcüstanı “Dinamo Tbilisi”, Polşanı “Drukarz”, Türkmənistanı “Altın Taç”, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” təmsil edəcək.

Beləliklə, 2015-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək yarışda ümumilikdə yeddi ölkədən 12 komanda iştirak edəcək.

“Ulduz Cup” bu il üçüncü dəfə təşkil olunacaq. İlk turnirin qalibi Belarusun “Dinamo Minsk” klubu olub. Həmin yarışda “Ulduz” FA ikinci, “Bunyodkor” isə üçüncü yeri tutub.

Ötən il keçirilən İkinci “Ulduz Cup”da isə “Neftçi” birinci, “Paxtakor” ikinci, “Dinamo Tbilisi” üçüncü olub.

İdman.Biz