“Sabahın ulduzları” Bakı Kubokunda U-14 yaş qrupunda üçüncü turun oyunları keçirilib.
İdman.Biz xəbər verir ki, tur çərçivəsində üç qarşılaşma baş tutub.
U-14, III tur
12 avqust
“Neftçi” - “Dostluq” – 9:1
Qollar: Bəxtiyar Bayramlı (5, 40, 51), Nihat Behbudov (11), Hüseyn Ağazadə (25), Adil Şabanov (30, 44, 66-pen.), Hüseyn Həsrət (72) // Həmid Rəhimov (6)
“Xan” - “Sabah” – 0:3
Qollar: Rəsul Əliyev (64-pen.), Cavid Tayibov (72), İvan Vernidub (80-pen.)
“Zirə” - EFA – 3:0
Qollar: İbrahim Hüseynzadə (4), Rafael Aslanlı (8), Sübhan Allahverdiyev (58)
Hazırda turnir cədvəlində olan son vəziyyəti təqdim edirik:

Qeyd edək ki, “Sabahın ulduzları” Bakı Kubokunda müxtəlif yaş qrupları üzrə komandalar mübarizə aparır.
