Valdas Dambrauskas: “Çox xoşbəxtəm”

11 Avqust 2026 22:36
124
Valdas Dambrauskas: “Çox xoşbəxtəm”

"Bütün Azərbaycanı, "Sabah" azarkeşlərini, rəhbərliyimizi,azarkeşlərimizi təbrik edirəm. İlk Məğlubiyyətdən dərs çıxardıq və qələbə qazandıq. Detallar mühüm rol oynadı.

İdman.Biz xəb\r verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Orhus”la cavab oyunu şərh edərkən deyib.

Oyun 4:0 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb və Azərbaycan klubu iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

“Rəqib təzyiq edirdi, amma oyunun ritmi əlimizdə idi, ilk qol psixoloji olaraq bizi rahatladı.Ardınca rəqib üzərimizə gəldi və qolların ardını gətirdik. Çox xoşbəxtəm".

İslam Atakişiyev

İdman.Biz