“Qalibiyyət vacib idi. Yaxşı oyun alındı. Uzun yol gəlmişdik. İki oyunun nəticəsinə görə 6 qol vurmaq və qol buraxmamaq – bu yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm.
İdman.Biz-in məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Məşqçi səfərdə İslandiyanın “Vestri” komandasına qalib gəldikləri (3:0) UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb.
“Çatışmazlıqlarımız var. Amma belə hava şəraitində əvvəlki oyuna nisbətən daha yaxşı oynadıq. İnşallah vaxtımız olacaq və inanıram ki, qarşıdakı oyunda daha yaxşı idman formasında olacağıq”, - Qurbanov deyib.
View this post on Instagram
