“Səbail” FK təlim-məşq toplanışı üçün Türkiyəyə gedir

14 İyul 2026 13:36
58
“Səbail” FK təlim-məşq toplanışı üçün Türkiyəyə gedir

Yeni mövsümdə Azərbaycan Birinci Liqasında çempionluq uğrunda mübarizə aparmağı hədəfləyən “Səbail” futbol klubu hazırlıq prosesini Türkiyədə davam etdirəcək.

İdman.Biz xəbər verir ki, klubun yeni prezidenti Mirzə Bayrampur AZƏRTAC-a açıqlamasında komandanın avqust ayında Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçirəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan Birinci Liqasında 2025/2026 mövsümü sentyabrın 3-də start götürəcək.

İdman.Biz