Emin Zamanovun yeni mövsümə harada başlayacağı dəqiqləşib

2 İyul 2026 15:45
92
Emin Zamanovun yeni mövsümə harada başlayacağı dəqiqləşib

Ötən mövsümü “Şəfa” futbol klubunda keçirən Emin Zamanovun yeni mövsümə harada başlayacağı dəqiqləşib.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, çempionluğu sona bir tur qalmış rəsmiləşdirən və Premyer Liqaya vəsiqə qazanan Bakı təmsilçisinin müqavilə yeniləmədiyi yarımmüdafiəçi 1-ci Liqa klubu ilə anlaşıb.

Hücumameyilli orta xətt oyunçusu MOİK ilə anlaşıb.

Xatırladaq ki, “hərbçilər” son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan komandanı hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.

İdman.Biz