Şahin Diniyev oyunçu çatışmazlığından şikayətlənib

Xəbərlər
12 Yanvar 2024 23:32
410
Şahin Diniyev oyunçu çatışmazlığından şikayətlənib

“Gündə iki dəfə ağır məşqlər keçmişdik”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məqşçisi Şahin Diniyev deyib.

Antalyada keçirilən hazırlıq çərçivəsində ilk yoxlama oyununda “Universtatya Kluj” ilə 0:0 heç-heçə oynayan paytaxt klubunun çalışdırıcı nəticənin böyük əhəmiyyət kəsb etmədiyini bildirib: “Komandanın hazırlığını nəzərdən keçirmək istəyirdik. Nəticə çox da önəmli deyildi. Bəzi oyunçulara 90 dəqiqə şans verdim. Bu, oyunçu çatışmazlığından irəli gəlirdi. Komanda xarakter göstərdi və taktiki cəhətdən ağıllı oyun nümayiş etdirdi. Futbolçular funksional cəhətdən hazır olduqlarını göstərdilər. Rumınların iki heyətinə qarşı ağır oyunda tempi saxlaya bildilər”.

Qeyd edək ki, komandanın Antalya hazırlığı yanvarın 5-də start götürüb.

İdman.biz