Azərbaycan Premyer Liqası təmsilçisi “Turan Tovuz” heyətini gücləndirib.
İdman.biz xəbər verir ki, komanda Aleks De Souza Alkantaranı ilə müavilə bağlayıb.
Braziliyalı hücumçu ilə razılaşma 2,5 il müddətinə nəzərdə tutulub. Aleks De Souza Braziliya “Santos”unun yetirməsidir. 22 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "Boluspor", Litvanın “Hegelman” klublarının formasını geyinib.
Qeyd edək ki, “Turan Tovuz” 18 oyundan sonra 22 xalla 7-ci pillədə qərarlaşıb.
İdman.biz