Azərbaycan millisi Belarusla üz-üzə

Xəbərlər
28 İyun 2025 09:22
57
Azərbaycan millisi Belarusla üz-üzə

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə üz-üzə gələcək.

Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Yoxlama oyunu
28 iyun
19:00. Belarus – Azərbaycan
Baş hakim:
Vera Opeykina (Rusiya)
Jodino, “Torpedo” stadionu

Qeyd edək ki, millimiz iyulun 1-də Belarusla daha bir yoxlama matçı keçirəcək.

İdman.biz