Azərbaycan yığmasının daha bir futbolçusu karyerasını Türkiyədə davam etdirəcək.
İdman.biz xəbər verir ki, Sertan Taşkın 1-ci Liqa təmsilçisi “Manisa” klubu ilə müqavilə bağlayıb.
Bu səbəbdən də “Turan Tovuz” futbolçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib. Sertan yayda qərb klubu ilə müqavilə imzalamışdı. O, komandada keçirdiyi 18 matçda bir qol vurub.
Qeyd edək ki, “Manisa” Türkiyə 1-ci Liqasında 17 oyundan sonra 19 xalla 11-ci pillədə qərarlaşıb.
İdman.biz
