“Turan Tovuz” “Şamaxı”nın oyunçusunu transfer etdi

9 İyun 2026 22:33
110
“Turan Tovuz” “Şamaxı”nın oyunçusunu transfer etdi

“Turan Tovuz” heyətinə yeni futbolçu qatıb.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi Dioqo Balau ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq “Şamaxı”nın formasını geyinən portyqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

O, son mövsümdə Premyer Liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Şamaxı” klubu da Dioqo Balaunun transferi ilə bağlı “Turan Tovuz”la razılıq əldə edildiyini elan edib.

İdman.Biz