“Neftçi”dən ayrılmağa qərar verən yarımmüdafiəçi Elvin Camalovun yeni klubu müəyyənləşib.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi “Araz-Naxçıvan”a keçməyə yaxındır.
Tərəflər arasında davam edən danışıqlar müsbət istiqamətdə davam edir. Qeyri-adi nəsə baş verməsə, Camalov Muxtar Respublika təmsilçisinə keçəcək.
Qeyd edək ki, Elvin Camalov “Neftçi”yə ötən yay “Sabah”dan keçib. O, başa çatan mövsümdə Misli Premyer Liqasında cəmi 11, Azərbaycan Kubokunda isə 1 matça çıxıb.
