Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Moldovaya məğlub olub

7 Sentyabr 2026 18:00
93
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Moldovaya məğlub olub

17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirindəki ilk matçında məğlubiyyətlə üzləşib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə daha iki oyun keçirəcək. Yığma sentyabrın 9-da Moldovanın U-18, sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

İdman.Biz