Başa çatan mövsümün ikinci yarısında “Sumqayıt”da çıxış etmiş Danilo Beskorovaynı komandadan ayrılmağa yaxındır.
İdman.Biz football.az-a istinadən xəbər verir ki, ukraynalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.
27 yaşlı mərkəz müdafiəçisi “Aktobe” ilə anlaşıb.
“Sumqayıt” bu ilin yanvarında Ukraynanın “Polesye” klubundan icarəyə götürdüyü Beskorovaynını heyətində saxlamaq istəyib. Lakin tərəflər anlaşa bilməyiblər.
Qeyd edək ki, 194 sm boya malik müdafiəçi “kimyaçılar”ın heyətində ümumilikdə 14 oyun keçirib, qol və ya məhsuldar ötürməylə yadda qalmayıb.
