"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə Apasport-a mərhumun ailəsi məlumat verib.
Funksioner 60 yaşında ürək tutmasından dünyasını dəyişib.
Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.
Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
