Azərbaycanda qış transfer pəncərəsi açılıb

Xəbərlər
11 Yanvar 2024 09:23
169
Azərbaycanda qış transfer pəncərəsi açılıb

Azərbaycanda transfer pəncərəsi açılıb.

İdman.biz xəbər verir ki, klublar futbolçu keçidlərini bu gündən etibarən qeydiyyatdan keçirməyə başlayacaq.

Qış transfer pəncərəsi 29 gün davam edəcək. Azərbaycan komandalarının keçidləri rəsmiləşdirməsi üçün son tarix fevralın 8-dir. Transfer pəncərəsi həmin gün saat 23:59-dək davam edəcək.

Qeyd edək ki, 2023/24 mövsümünün yay transfer pəncərəsi 2023-cü il iyunun 15-dən sentyabrın 5-dək olub.

İdman.biz

Məqalədə: