“Şamaxı” futbol klubu baş məşqçi Ayxan Abbasovdan sonra komandanın məşqçilər heyəti ilə də vidalaşıb.
İdman.Biz biz bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumata görə, məşqçilər heyətimizdə yer alan Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyev komandadan ayrılıblar.
“Məşqçilər heyətimizdə yer alan Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyev ilə müqavilə müddətləri başa çatıb. Məşqçilər heyətinə komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”, - məlumatda deyilir.

