“Məktəbli Kuboku”nun qalibləri müəyyənləşib - FOTO

23 May 2026 23:27
145
“Məktəbli Kuboku”nun qalibləri müəyyənləşib

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinin qalibləri müəyyənləşib.

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlar arasında yarışların final oyunları keçirilib.

Nəticələr aşağıdakı kimidir:

5-ci sinif qızlar, final

Naftalan şəhərinin İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbi - Nəsimi rayonunun Samir Hacıyev adına 5 saylı tam orta məktəbi – 3:2

5-ci sinif oğlanlar, final

Suraxanı rayonunun S.Sani Axundov adına 172 saylı məktəbi - Şəmkir şəhərinin Məhəmməd Füzuli adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyi – 3:2

7-ci sinif oğlanlar, final

Zaqatala rayonunun Sumaylı kənd tam orta məktəbi - Saatlı rayonunun Nəsimikənd tam orta ümumtəhsil məktəbi – 2:1

Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçirilib. Hər yaş qrupunun finalında məğlub olan komanda gümüş medal, qaliblər isə qızıl medal və kubokla təltif olunublar.

Bundan başqa, fərdi mükafatlar da verilib. 5-ci sinif qızlarda Nurgül Əhmədzadə (Nəsimi) ən yaxşı qapıçı, Zəhra Vəlizadə (Naftalan) ən yaxşı oyunçu, 5-ci sinif oğlanlarda Raul Hacıyev (Şəmkir) ən yaxşı qapıçı, Murad Tağıyev (Suraxanı) ən yaxşı oyunçu, 7-ci sinif oğlanlarda Muhiddin Muradov (Zaqatala) ən yaxşı qapıçı, Umut Arslanov (Saatlı) ən yaxşı oyunçu seçilib.

Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.

İdman.Biz