“Jil Visente”nin sabiq futbolçusu: “Qarabağ”ın “Braqa”nı keçmək şansı var”

9 Yanvar 2024 14:37
1 185
“Jil Visente”nin sabiq futbolçusu: “Qarabağ”ın “Braqa”nı keçmək şansı var”

“Düşünürəm ki, “Qarabağ”ın mərhələ keçmək şansı var. 2 matç keçiriləcəyindən hər şey mümkündür”.

Bunu İdman.biz saytına “Qəbələnin yarımmüdafiəçisi Bilel Auaşeriya deyib.

“Sent Etiyen”nin yetirməsi olan 30 yaşlı futbolçunun karyerası əsasən Portuqaliya ilə bağlıdır. “Sportinq B”, “Korvilya”, “Moyrerenşe”, “Farense” və “Jil Visente”nin formasını geyinən fransalı “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib.

Dəfələrlə “Braqa”ya qarşı oynayan Bilel bildirib ki, Azərbaycan çempionunun portuqaliyalılara qarşı görüşü gərgin alınacaq: “Qarabağ”ın rəqibi “Braqa” yaxşı klubdur. Ağdam klubunun da üstün cəhətləri var. Son vaxtlar “braqalılar” xüsusi ilə öz meydanlarında intensiv oyun ilə seçilirlər. Onların yaxşı hücumçuları var. “Qarabağ”da isə kompaktlıq, oyun intizamı və istedadlı futbolçular var. Bu oyunu izləmək çox maraqlı olacaq”.

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında ilk oyun fevralın 15-də səfərdə, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.

Emin Ağa
İdman.biz

Məqalədə: