“Dinamo”nun prezidenti: “Berdıyev Azərbaycan yığmasına gedə bilər”

8 Yanvar 2024 23:09
1 191
“Dinamo”nun prezidenti: “Berdıyev Azərbaycan yığmasına gedə bilər”

Mahaçqala “Dinamo”sunun prezidenti Hacı Hacıyev Qurban Berdıyevin Azərbaycan yığmasının baş məşqçi vəzifəsinə namizədliyinə münasibət bildirib.

İdman.biz verir ki, o, komandanın çalışdırıcısı ilə bu barədə danışmadığını deyib.

Hacıyev “Dinamo”nun baş məşqçisinin bu məsələdə özü qərar verəcəyini qeyd edib: “Azərbaycan yığması ilə bağlı nə deyə bilərəm? Mən Mahaçqalada işləyirəm və Azərbaycan Futbol Federasiyasında nə baş verdiyindən xəbərim yoxdur. Aramızda hər hansı danışıq olmayıb. Bunu nə Berdıyevlə, nədə başqası ilə müzakirə etmək fikrində deyiləm. Onun öz baxışı var. Əgər istəyərsə Azərbaycana gedə bilər. Bu, onun öz hüququdur. Berdıyevin “Dinamo” ilə müqaviləsinə gəlincə, bu, heç nəyi özündə əks etdirmir. Biz onu özümüzə bağlamamışıq”.

Qeyd edək ki, Kurban Berdıyev 2023-cü ilin iyulundan “Dinamo”ya başçılıq edir. Komanda 37 xalla Rusiya 1-ci Liqasına başçılıq edir.

İdman.biz