AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

30 Aprel 2026 20:25
169
AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

Bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçiriləcək.

Bu barədə İdman.Biz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən bildirir.

Məlumata əsasən, tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov iştirak edəcəklər.

İdman.Biz