AFFA-nın təşkil etdiyi Gənclər Liqasında ikinci mərhələnin dördüncü və beşinci tur oyunları təxirə salınıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qərar futbol üzrə Azərbaycanın U-20 milli komandasının aprelin 13-26-da Qəbələdə keçiriləcək təlim-məşq toplanışı ilə əlaqədardır.
Aprelin 18-19 və 25-26-da keçirilməsi planlaşdırılan qarşılaşmalar qeyri-müəyyən müddətə təxirə salınıb.
