Saşa İliçlə futbolçular arasında dava iddialarına klubdan SƏRT REAKSİYA

9 Aprel 2026 15:53
208
Saşa İliçlə futbolçular arasında dava iddialarına klubdan SƏRT REAKSİYA

“Sumqayıt” futbol komandasının baş məşqçisi Saşa İliçlə komanda futbolçuları arasında əlbəyaxa dava olması barədə yayılan məlumatlar klub tərəfindən təkzib olunub.

“Kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə açıqlamasında bildirib ki, səsləndirilən iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, baş məşqçi ilə futbolçular arasında nə insident, nə narazılıq, nə də hər hansı fiziki qarşıdurma baş verib.

Klub rəsmisi qeyd edib ki, bəzi oyunçuların meydana çıxmaması yalnız baş məşqçinin taktiki qərarıdır və bu, komanda daxilində rotasiya siyasəti çərçivəsində verilən normal bir addımdır.

O, azarkeşləri yayılan hər xəbərə inanmamağa çağırıb və yalnız rəsmi mənbələrə istinad etməyin vacibliyini vurğulayıb.

İdman.Biz