“Sumqayıt”ın zədəli futbolçusu Keffel Resende sıralara dönməyə hazırlaşır.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi 28-ci turda “Qəbələ” ilə keçiriləcək görüşə kimi hazır olacaq.
26 yaşlı oyunçu bu mövsüm “kimyaçılar”ın heyətində 25 matçda üç məhsuldar ötürmə ilə yadda qalıb.
Daha əvvəl mərkəz müdafiəçisi İsa Suliman, sol cinah müdafiəçisi Ayxan Süleymanlı və yarımmüdafiəçi Roi Kehatın mövsümü başı vurduğu açıqlanıb.
“Sumqayıt” 26-cı turdan sonra 32 xalla yeddinci pillədə qərarlaşıb.
