“Qarabağ-2” komandası Maksim Medvedevə görə cəzalandı

1 Aprel 2026 16:57
146
“Qarabağ-2” komandası Maksim Medvedevə görə cəzalandı

“Qarabağ-2” - “Sabah-2” qarşılaşması üzrə Əvəzedicilər Liqasının 21-ci turunda yaşanan qalmaqalla bağlı yekun qərar açıqlanıb.

İdman.Biz xəbər verir ki, AFFA İntizam Komitəsi oyunda baş verən insidentlərlə bağlı müvafiq sanksiyalar tətbiq edib.

Hadisə zamanı “Qarabağ-2”nin əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev 43-cü dəqiqədə hakim qərarlarına sərt etiraz edib və komandanı müvəqqəti olaraq meydandan çıxarıb. Qısa fasilədən sonra isə komanda yenidən oyuna qayıdaraq görüşü davam etdirib.

Baş verən bu insidentə görə “Qarabağ-2” komandası 1000 manat məbləğində cərimələnib.

Eyni zamanda qarşılaşmadan sonra paltardəyişmə otağında zərər vuran “Sabah-2”nin əvəzedici komandası da cəzadan yayına bilməyib. Klubun stadion əmlakına vurduğu ziyan Masazır təmsilçisi tərəfindən tam şəkildə qarşılanacaq.

İdman.Biz