Premyer Liqa klubunun baş məşqçisi qardaşını Afrikaya göndərdi

23 Mart 2026 16:31
80
Premyer Liqa klubunun baş məşqçisi qardaşını Afrikaya göndərdi

“Kəpəz” Afrikada istedadlı futbolçu axtarışına çıxıb.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi əsas komandanın məşqçisi Araz Bağırovu bu gün bu məqsədlə ora yollayıb.

Azər Bağırovun yarıdmçısı olan qardaşı martın 28-dək Nigeriyada qalacaq. O, həmin müddət ərzində müxtəlif turnirləri izləyəcək, bəyəndiyi gəncləri gözaltı edəcək.

Gənc mütəxəssisin diqqətini çəkən oyunçular yayda Azərbaycana dəvət olunacaq və burada baxışdan keçiriləcək.

İdman.Biz