Reziuan Mirzov: “Deyirlər ki, yeni baş məşqçimiz yaxşı oyun qurur, hücum futbolu oynadır”

Müsahibə
29 Dekabr 2023 12:55
377
Reziuan Mirzov: “Deyirlər ki, yeni baş məşqçimiz yaxşı oyun qurur, hücum futbolu oynadır”

“Miodraq Bojoviçin Rusiya Premyer Liqasının bir çox klublarında işlədiyini bilirik”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Reziuan Mirzov klubunun mətbuat xidmətinə yeni baş məşqçisi Miodraq Bojoviç haqqında danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, Miodraq Bojoviç təxminən 10 il müddətində “Dinamo”, “Lokomotiv”, “Rostov”, “Arsenal” (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb: “Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanlarla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqda yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, yaxşı oyun qurur, hücum futbolu oynadır, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticələr göstərmək üçün səylə çalışır. Mən şəxsən Miodraq Bojoviçlə işləməmişəm, amma bir-birimizi tanıyırıq, Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dönəmdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, mənim güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik”.

Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçi Miodraq Bojoviç rumıniyalı mütəxəssis Adrian Mutunu əvəzləyib.

İdman.biz

Məqalədə: