“Qarabağ”ın futbolçusu sabiq klubuna qayıdır?

Xəbərlər
29 Dekabr 2023 11:40
678
“Qarabağ”ın futbolçusu sabiq klubuna qayıdır?

Albaniyalı hücumçu Redon Cica “Qarabağ”ı tərk edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

“Tirana” sabiq oyunçusu Cicanın “Qarabağ”ın əsas heyətində möhkəmlənə bilməməsindən istifadə etmək istəyindədir. Komanda ilkin mərhələdə 25 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürməyə planlaşdırır.

Bu ilin yanvarında “Tirana”dan transfer olunan Redon Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 11 oyunda cəmi 1 qol vurub.

İdman.biz

Məqalədə: