AFFA “Neftçi”ni 23 000 manat cərimələdi

11 Mart 2026 14:49
76
AFFA “Neftçi”ni 23 000 manat cərimələdi

AFFA İntizam Komitəsi “Neftçi”ni 23 000 manat cərimələyib.

İdman.Biz xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.

Misli Premyer Liqasının 23-cü turunda keçirilən “Neftçi” - “Turan Tovuz” oyununda azarkeşlərinin təhqiredici pankart açmasına görə Bakı klub 15 000 manat cərimələnib. Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.

Bundan başqa, turun “Şamaxı” - “İmişli” oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.

Eyni aqibəti “Kəpəz” komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu “Zirə” ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.

İdman.Biz