“Qarabağ” Nəriman Axundzadədən sonra daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
İdman.Biz bu barədə Apasport.az-a istinadən bildirir.
Məlumata görə, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.
Cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlinə bilmir. “Köhlən atlar” 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.
Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.
Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunmuşdu.
Qeyd edək ki, Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
