“Sumqayıt”ın kapitanı əməliyyat olunub

Xəbərlər
25 Dekabr 2023 16:35
337
“Sumqayıt”ın kapitanı əməliyyat olunub

“Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev əməliyyat olunub.

Klubdan İdman.bizə verilən məlumata görə, sağ dizdə zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuş futbolçumuzun əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu keçib.

Komandanın kapitanının iki aya yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.

İdman.biz