“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində Fransa təmsilçisi PSJ ilə qarşılaşmağı arzulayır.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən bildirir ki, bunu 35 yaşlı yarımmüdafiəçi “Liverpul”la oyundan sonra bildirib.
O, əsas mərhələnin son matçında böyükhesablı məğlubiyyəti və pley-off mərhələsindəki mümkün rəqibləri dəyərləndirib.
“0:6 hesablı məğlubiyyət çox üzücüdür. Lakin pley-offa yüksəldiyimiz üçün sevincliyik. Mən fransalıyam, ona görə pley-off mərhələsində PSJ ilə oynamaq istərdim. Baxmayaraq ki, indi onlar dünyanın bir nömərli komandasıdırlar. Digər mümkün rəqibimiz “Nyukasl”dır. Onlarla oynamaq da çətin olardı”
