AFFA iki kluba texniki məğlubiyyət verdi

Xəbərlər
26 Yanvar 2026 16:23
66
AFFA iki kluba texniki məğlubiyyət verdi

AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Belə ki, Region Liqasında yanvarın 18-nə təyin olunan “Hacıqabul” - “Bakı TFK” matçı qonaqların gəlmədiyinə görə baş tutmadığı üçün “Bakı TFK”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni tarixdə Yüksək Qızlar Liqasında keçirilməli olan “Zaqatala QFK” - “Baku Juniors” qarşılaşması qonaq komandanın təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Bakı klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

İdman.Biz