“Sabah”ın futbolçusu: “Karvan-Yevlax”a daha çox qol vura bilərdik”

Xəbərlər
26 Yanvar 2026 15:55
75
“Sabah”ın futbolçusu: “Karvan-Yevlax”a daha çox qol vura bilərdik”

“Oyun çox yaxşı keçdi. Bütün gücümüzlə çıxış etdik və daha çox qol vura bilərdik”.

İdman.Biz sport24.az istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev deyib.

Yarımmüdafiəçi “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 17-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Ümid edirəm ki, şanslarımızı və gücümüzü növbəti oyunlara saxlamışıq”.

Özbəkistanlı oyunçu tribunada ölkəsinin bayrağının olması barədə də danışıb:

“Hər oyunda Özbəkistan bayrağını görmək məndə stimul yaradır. Bu, mənə əlavə güc verir. Özümü burda evimdəki kimi hiss edirəm. Növbəti qarşılaşmada daha çox azarkeş olmağını istərdim. Çünki futbol azarkeşlərlə daha maraqlıdır”.

Qeyd edək ki, “Sabah” hazırda 40 xalla Misli Premyer Liqasında vahid liderdir.

İdman.Biz