Ceyhun Sultanov "Qarabağ" - "Sabah" duelində favoritini açıqlayıb

Xəbərlər
22 Dekabr 2023 13:00
130
Ceyhun Sultanov "Qarabağ" - "Sabah" duelində favoritini açıqlayıb

"Azərbaycan Kubokunun 1/4 final mərhələsində çıxış edəcək komandaların hamısı Premyer Liqanın iştirakçılarıdır".

Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Veteran yarımmüdafiəçi bu mərhələdə azarkeşləri maraqlı oyunların gözlədiyini bildirib: “Təbii ki, finalda hansı cütlərin qarşılaşacaqlarını demək çox çətindir. Çünki kubokda istənilən rəqib bir-birini keçə bilər. Buna görə də qarşılaşmalar barədə danışmaq çətindir”.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”- “Sabah” matçında isə favaritinin Ağdam klubunun olduğunu deyib: “Düzdür, ötən il oyun baxımından “Sabah” geri düşdü. Lakin indi hiss olunur ki, bunların normal oyun xətti var və olub. Ancaq mənim üçündə favorit burada “Qarabağ”dır".

O bildirib ki, “Neftçi”- “Sumqayıt” qarşılaşmasında isə vəziyyət başqadır: “Burada hansı komandanın qələbə qazanacağını demək mümkün deyil”.

Qeyd edək ki, 1/4 final mərhələdə "Səbail" - "Zirə", "Araz-Naxçıvan" - "Qəbələ", "Sumqayıt" - "Neftçi", "Sabah" - "Qarabağ" komandaları qarşılaşacaq. Mərhələnin ilk oyunları gələn il yanvarın 30-31-də, cavab qarşılaşmaları isə fevral 6-7-də baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz